“Neftçi” Türkiyədə 8 yoxlama oyunu keçirəcək

“Neftçi” Türkiyədə 8 yoxlama oyunu keçirəcək
XƏBƏR 30 İyun 2009 / 11:35 2006
-  A +

“Neftçi”nin futbolçuları dünən tibbi baxışdan keçiblər. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda üzvləri iyulun 1-dən başlayaraq üç gün fiziki test verəcəklər. Həmin günlərdə yüngül məşqlərlə kifayətlənəcək “Neftçi” gələn ayın 6-da Türkiyəyə yollanacaq. 6-20 iyul və 20 iyul-10 avqust tarixlərində Türkiyənin İzmit şəhərinin Kartəpə vilayətində təlim-məşq toplanışında olacaq “ağ-qaralar” hazırlıq prosesi çərçivəsində 8 yoxlama oyunu keçirəcək. Bunlardan 3-ü (13, 16 və 19 iyul) ilk təlim-məşq toplanışında, 5-i isə ikincisində (30 iyul, 1, 4, 6 və 8 avqust) baş tutacaq.
 

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib