“Bakı”nın rəqibi liderlə heç-heçə oynadı

“Bakı”nın rəqibi liderlə heç-heçə oynadı
XƏBƏR 29 İyun 2009 / 12:10 2128
-  A +

Çempionlar Liqasınınn ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Bakı”nın rəqibi olacaq “Ekranas” Litva çempionatının son turunda xal itirib. Qol.Az-ın məlumatına görə, evdə turnir cədvəlinin lideri “Suduva”nı qəbul edən pajenyuslular ilk yarıda Egidiyus Varnas və Dainius Gleveckasın qolları ilə 2:0 önə keçsələr də, qələbə hesabını sona qədər qoruyub saxlaya bilməyiblər. İkinci hissədə 2 qol vuran qonaqlar məğlubiyyətdən qaça biliblər. “Ekranas” bununla da lider olmaq şansını əldən verib. Hazırda balansında 28 xal olan “Ekranas” “Vetra” ilə 2-3 yerləri bölüşür. Pajenyus klubu növbəti oyununu iyulun 5-də səfərdə “Vetra”ya qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib