"İnter" Slovakiyaya iyulun 1-də yola düşəcək

XƏBƏR 29 İyun 2009 / 10:18 2472
-  A +

Avroliqada Azərbaycanı təmsil edəcək "İnter" klubu Slovakiya "Spartak"ına qarşı ilk oyununu keçirmək üçün bu ölkəyə iyulun 1-də günün ilk yarısında yola düşəcək. Komandanın baş menecerinin müavini Kamran İsmayılovun www.pfl.az saytına verdiyi məlumata görə, 35-40 nəfərlik nümayəndə heyətinin məskunlaşması üçün Slovakiya tərəfi 2 mehmanxana təklif edib və "İnter" öz seçimini bu gün edəcək. Premyer Liqanın gümüş mükafatçısı Slovakiyada yeganə məşqini iyulun 1-də keçirəcək. "Spartak" - "İnter" oyunu isə ertəsi gün, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib