“Bakı” Xorvatiya çempionatının bürünc mükafatçısına qalib gəldi

“Bakı” Xorvatiya çempionatının bürünc mükafatçısına qalib gəldi
XƏBƏR 28 İyun 2009 / 11:13 2355
-  A +

Sloveniyanın Ptuy şəhərində təlim-məşq toplantısı keçirən Azərbaycan çempionu “Bakı” dünən ikinci yoxlama oyununda qüvvəsini sınayıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “zolaqlılar” Xorvatiya çempionatının bürünc mükafatçısını “Rieka” ilə qarşılaşmadan 2:0 hesablı qələbəylə ayrılıb.
“Bakı”nın qollarına birinci hissədə Luis Fabio Ramim, ikinci hissədə isə Amiran Muciri imza atıblar.
“Bakı” oyunu aşığıdakı heyətlə çıxıb:
Şarliya, Savinov, Bates, Barbosa, Tomaş, Fabio, Mahmud Qurbanov, Peres, Bəxtiyar Soltanov, Batista
İkinci hissədə baş məşqçis Coko Haqciyevski bu oyunçuları meydana buraxıb: Muciri, Borets, Andrazinyo, Andoco, Muskalu, Ramazan Abbasov, Saşa Yunisoğlu, Səbuhi Həsənov

 


Son xəbərlər
topaz banner