Kamerunun məşqçisi Gəncəni yada saldı

XƏBƏR 8 Dekabr 2008 / 19:05 3782
-  A +

Kamerun yğmasını 1990-cı ildə dünya çempionatının 1/4 final mərhələsinə çıxaran Valeri Nepomnyaşiy SSRİ çempionatının aşağı liqalarında yaşanan mənfi hallardan danışıb. Qol.Az-ın «Sovetski Sport»a istinadən verdiyi xəbərə görə, Türkmənistanda anadan olan mütəxəssis 1979-1983-cü illərdə Aşqabadın «Kolxozçu» klubuna rəhbərlik edərkən üzləşdiyi hadisələrdən söhbət açıb: «SSRİ çempionatının güclülər dəstəsi və birinci liqaya ciddi nəzarət var idi. Aşağı liqalarda isə əsl biabırçılıq baş verirdi. Mən bu rüsvayçılığın  şahidi olmaq, və ya iştirakçılardan birinə çevrilmək istəmirdim. Ancaq Türkmənistan İdman Komitəsinin sədri məni «Kolxozçu»nun baş məşqçisi olmağa razı saldı. Söz verdi ki, mövsüm qurtaran kimi məni Ali Məşqçilər Məktəbinə göndərəcək.  Düzdür, sonradan Pyotr Mixayloviç məni Aşqabadda saxlamaq istəyirdi.  Amma ona danışığımızı yada saldım.  Məşqçilər Məktəbində təhsil alana kimi komanda ikinci liqaya düşdü. Doqquzuncu zonada bizdən başqa, Ermənistan, Gürcüstan və Azərbaycanın da 5 klubu da yarışırdı». Hazırda «Tom»u çalışdıran mütəxəssis doqquzuncu zonada böyük haqsızlıqla üzləşdiklərini  deyib: «Oyun səviyyəsinə görə, Qori, Zuqdidi və Kirovbad (indiki Gəncə -red.) komandalarından daha yaxşı təsir bağışlasaq da, bizə böyük haqsızlıq olurdu. Bilirsiniz, bizə necə penalti vururdular? Qələbə qazanana qədər vururdular. Qapıçı topu tuturdu, amma hakim yenidən 11 metrlik nöqtəni göstərirdi, Vallah, heç yada salmaq istəmirəm. Bir il orda əziyyət çəkdikdən sonra getdim».

Daha çox


Son xəbərlər
27.12.24  11:29

Hər qolu bir rekorddur