Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Litva çempionu “Ekranas”la üz-üzə gələcək Azərbaycan çempionu “Bakı” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Ptuy şəhərində Avstriyanın elita klublarından olan “Kapfenber”lə üz-üzə gələ Coko Haciyevskinin yetirmələri meydanı məğlub tərk ediblər. Oyunda hesabı avstriyalılar açıb. 58-ci dəqiqədə Hüttenbrenner gərqlənib. 62-ci dəqiqədə isə Elfmeter ikinci qolu “Bakı”nın qapısından keçirib. Azərbaycan çempionunun gücü yalnız təsəlli qoluna çatıb. 75-cı dəqiqədə Bəxtiyar Soltanov fərqlənib. Beləliklə, “Bakı” Sloveniya toplanışına məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, Azərbaycan çempionu növbəti yoxlama görüşünü sabah, son Xorvatiya çempionatının bürünc mükafatçısı "Rieka"ya qarşı keçirəcək.
Yamal, Haaland, Keyn...
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov