“Toyun gözəlliyi dava-dalaşdırsa, futbolun gözəlliyi qalmaqaldır”. Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycanda 2012-2013-cü il mövsümündə baş verən qalmaqallara münasibət bildirərkən deyib.
O, ötən mövsümdən razı qaldığını açıqlayıb. Musayev bildirib ki, Azərbaycan Kubokunun final matçından sonra baş vermiş toqquşmada PFL-in məsuliyyəti çox azdır: “Bizim 300-400 mühafizəçi saxlamaq imkanımız yoxdur. Əgər oyunlar zamanı təhlükəsizliyə daxili qoşunlar da cəlb olunursa, deməli, mühafizəçilər toqquşmaların qarşısını ala bilməzlər. Cəmi 12 mühafizəçimiz var, onlar da hakimləri qoruyurlar. PFL-in o qədər büdcəsi var ki, 300-400 nəfərlik qoşun saxlayaq? Daxili İşlər Nazirliyinin əməyini final matçından sonrakı 10 saniyəlik mübahisəyə görə itirə bilmərik. Heç kəsin yox, bizim gördüyümüz işlərə kölgə düşdü. Bizi günahlandıran klub rəhbəri həmin vaxt qaçıb gizləndi. Ən azı futbolçuların qarşısında dayanardı. Növbəti mövsümdə bu cür qalmaqallar yaşanmaması üçün əlimizdən gələni edəcəyik. Mövsüm ərəfəsində daxili işlər naziri Ramil Usubova bu barədə müraciət edəcəyəm. Amma heç kim belə hadisələrdən sığortalanmayıb. Final oyununda ən çox tənqid olunan da, ən çox əziyyət çəkən də biz olduq. Halbuki bizim günahımız uzağı 2 faiz idi. Kim günahını qəbul etmirsə, öz vicdanına buraxıram”.
PFL prezidenti gələn mövsümdən “6-lıq” sisteminin ləğv olunmasını və 10 komandadan ibarət 4 dövrəlik sistemə keçilməsini klub sponsorlarının üzləşdikləri problemlərlə əlaqələndirib. Onun sözlərinə görə, I diviziondan Premyer Liqaya gəlmək imkanı olan komanda yoxdur: “Nə vaxt komanda gəldi, biz qəbul etmədik? I diviziondan Premyer Liqaya gəlmək istəyən komanda olsa, qəbul etməyə hazırıq. Deyirlər ki, Naxçıvanda “Araz” komandası yaranır. Amma bu klubdan PFL-in rəhbəri kimi mənə hələ də müvafiq məktub gəlməyib. Əvəzində I diviziondan 7-8 komanda mənə yazır ki, Naxçıvana getmək problemimiz olacaq, bunu nəzərə alın. Elə klublar var ki, I divizionda qeyri-qanuni oynayır. Onları çempionata buraxmasaq, bizi günahlandıracaqsız. 50-60 nəfərin evinə çörək apardığını nəzərə alırıq. Ötən mövsümün sonlarında dedilər ki, “Şahdağ” Premyer Liqada oynamaq istəyir. Çox sevindim. Amma sonda məlum oldu ki, sponsorlar imtina etdi. Premyer Liqa klublarından 55-60 faizinin bizə borcu var. Yaranmış vəziyyətdən bir çıxış yolu görürəm ki, klublara sponsorluq edənlər vergidən azad olunsunlar. Hətta AFFA prezidenti Rövnəq Abdullayev də ölkə rəhbərliyinə bunu təklif etmişdi. Lakin həmin vaxt digər federasiyalar “Bizi də vergidən azad edin” demişdilər”.
Musayev növbəti mövsümün təqvimində Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun turlararası təlim-məşq toplantıları keçirmək istəyini nəzərə almayacaqlarını deyib: “Ötən il onun çaldığı havanın 50 faizinə oynayırdıqsa, qarşıdakı mövsümdə belə bir imkanımız yoxdur. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəyini nəzərə almamağımız bizim səhvimiz idi. Buna görə mövsüm ərzində təqvimlə bağlı bəzi problemlər oldu. Amma növbəti mövsümdə çalışacağıq ki, təxirəsalmaların sayını məhdudlaşdıraq”.
PFL prezidenti Premyer Liqada hakim səhvlərinə qarşı mübarizəni də sərtləşdirəcəklərini bildirib. O, hazırkı halda hakimlərə verilən qonorarın qənaətbəxş olduğunu söyləyib: “Məncə, vicdanlı hakim üçün o qonorar bəs edir. Bir aya hakimlərimiz evinə 2000-2500 manat pul aparır. Bizim işimiz başqa yollarla pul qazanmaq istəyən hakimlərin futbolda olmasına yol verməməkdir. Hansı hakimin çempionata buraxılmamasını tələb ediriksə, AFFA onları buraxmır. 4 hakim qalsa belə, hansı qərəzli olsa, uzaqlaşdırılacaq” (lent.az).
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video