“Neftçi” “Slaviya”ya rəqib oldu

“Neftçi” “Slaviya”ya rəqib oldu
XƏBƏR 13 İyun 2013 / 12:16 4086
-  A +

Azərbaycanda 2012-2013-cü il futbol mövsümünü “qızıl dubl”la başa vuran “Neftçi” komandası Çexiya “Slaviya”sı ilə yoxlama oyunu keçirəcək.  Praqa klubunun rəsmi saytının verdiyi məlumata görə, matç iyunun 24-də baş tutacaq.
 
Komandalar Avstriyanın Tsell-am-See məşq bazasında üz-üzə gələcəklər.
 
Qeyd edək ki, “Slaviya” 2012-2013-cü il mövsümündə Çexiya çempionatını 42 xalla 16 komanda arasında 7-ci pillədə başa vurub. Praqa təmsilçisi vaxtilə Azərbaycan klublarından “Şəmkir”lə Çempionlar Liqası, “Karvan”la isə UEFA Kubokunun təsnifat mərhələlərində üz-üzə gəlib. Hər iki halda “Slaviya” mərhələ adlayıb (lent.az).

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner