Beyl gəlsə, Ronaldo gedəcək

Beyl gəlsə, Ronaldo gedəcək
XƏBƏR 13 İyun 2013 / 11:24 3265
-  A +

Madrid "Real"ından ayrılması gündəmdə olan Kriştiano Ronaldonun "Mançester Yunayted"ə transfer olunması "Tottenhem"in futbolçusu Qaret Beylə bağlıdır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "kral klubu" uelsli yarımmüdafiəçini komandaya gətirəcəyi təqdirdə, portuqaliyalı hücumçunun getməsinə icazə verəcək.
 
Bu zaman isə "Mançester Yunayted" "Real"a Ronaldonun transferi üçün 65 milyon funt-sterlinq (80 milyon manat) ödəyəcək.

Qeyd edək ki, Madrid klubunun prezidenti Florentino Perez son açıqlamalarının birində Beyl üçün 100 milyon avro belə ödəməyə hazır olduqlarını açıqlamışdı.

Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

topaz banner