"Monako" transferlərə doymur

"Monako" transferlərə doymur
XƏBƏR 13 İyun 2013 / 10:57 3413
-  A +

Fransanın "Monako" klubunun yeni transfer hədəfləri bəlli olub.

Qol.Az-ın məlumatına görə, bunlar "Barselona"dan ayrılan Erik Abidal və "Nyukasl"dan Yoan Kabaydır.

Klubun vitse-prezidenti Vadim Vasilyev Fransa mətbuatına açıqlamasında hər iki oyunçu ilə maraqlandıqlarını təsdiqləyib:

"Kabay çox qabiliyyətli futbolçudur. Abidal isə əgər Fransaya dönərsə, hər kəs sevinəcək".

Qeyd edək ki, Abidal son açıqlamalarının birində futbolçu karyerasını "Monako"da başa vurmaq istədiyini deyib.

Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

topaz banner