"Bizi və klubu tanıyan bir baş məşqçiyə ehtiyacımız var"

"Bizi və klubu tanıyan bir baş məşqçiyə ehtiyacımız var"
XƏBƏR 13 İyun 2013 / 00:25 2397
-  A +

"Bu nöqtədə bizi və klubu tanıyan bir baş məşqçiyə ehtiyacımız var. Ançelotti bizi çox yaxşı bilir. Onunla dörd il əvvəl müqavilə bağlamağa çalışdıq, amma olmadı. Əgər PSJ ilə sözləşməsini ləğv edə bilsə, çox yaxşı olar. Bu işin çox vaxt alacağını düşünmürəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri Madrid "Real"ının prezidenti Florentino Perez "Es Radio"ya açıqlamasında deyib.

İtaliyalı mütəxəssis razılığa gəlməyəcəkləri halda, klubun idman direktoru Zinəddin Zidanın komandanın baş məşqçi postuna gətiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən klub prezidenti qeyd edib:

"Zidan klubda məşqçi olmağı çox istəyir. Mən də onun bu komandanın başında görmək istəyərəm. Amma onun əvvəlcə köməkçi məşqçi olaraq başlayıb, təcrübə qazanması ən doğru olar".

Son xəbərlər
topaz banner