Sneyderə Premyer Liqadan təklif var

Sneyderə Premyer Liqadan təklif var
XƏBƏR 12 İyun 2013 / 16:41 2633
-  A +

"Qalatasaray"ın futbolçusu Uesli Sneyderi daha bir İngiltərə klubu transfer etmək istəyir.

Qol.Az-ın "Mirror"a istinadən verdiyi məlumata görə, "Tottenhem" klubu da hollandiyalı oyunçunu heyətində görmək istəyir.

Baş məşqçi Andre Villaş Boaşın yarımmüdafiədə istədiyi ilk futbolçu olduğu deyilən Sneyder üçün klubun 15 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, hollandiyalı futbolçu ilə "Çelsi"nin də maraqlandığı iddia edilir.


Son xəbərlər
topaz banner