"Qarabağ" sabah gedir

"Qarabağ" sabah gedir
XƏBƏR 12 İyun 2013 / 15:32 1754
-  A +

Avroliqaya hazırlaşmaq üçün Türkiyəyə yollanacaq "Qarabağ" klubu hazırlıqlarının Bakı mərhələsini başa çatdırıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sabah səhər Bakı – Ankara reysiylə yola düşəcək komanda axşam Qızılcahamamda məşqə çıxacaq. 

Ağdam təmsilçisi  Avroliqanın püşkünə qədər Türkiyədə məskunlaşacaq. Püşkə əsasən "Qarabağ" ilk oyunu evdə keçirməli olsa, komanda iyunun 28-i Bakıya qayıtmağı planlaşdırır. Əks halda, Türkiyədən səfər oyununa yollanılacaq.

Qeyd edək ki, Avroliqanın ilk turunun oyunları iyulun 4-ü və 11-i keçiriləcək

Son xəbərlər
topaz banner