"Beşiktaş" stadionunun adını dəyişəcək

"Beşiktaş" stadionunun adını dəyişəcək
XƏBƏR 12 İyun 2013 / 12:47 2114
-  A +

"Beşiktaş" klubu dünyaca məşhur "Emitares" hava yolları şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən şirkət klubun stadionunun yenidən inşa olunmasında ödəniləcək bütün xərcləri qarşılayacaq. Bunun müqabilində isə stadion "İnöni İdman Kompleksi Emitares" adını daşıyacaq.

"Emitares"in "qara qartallar"a dəstəyi bununla da bitməyəcək. Əgər klubun prezidenti Serdar Adalı seçilərsə, şirkət "Beşiktaş"a forma reklamı verəcək və transfer məsələsində dəstək olacaq.


Son xəbərlər
topaz banner