Seks qarşılığında qələbəni təmin edən hakimlər həbs olundu

Seks qarşılığında qələbəni təmin edən hakimlər həbs olundu
XƏBƏR 12 İyun 2013 / 01:20 4865
-  A +

Livanlı futbol hakimi Əli Sabbah 6 aylıq həbs cəzasına məhkum edilib.

34 yaşlı referi aprelin 3-də Sinqapurda seks xidmətləri qarşılığında danışılmış oyunun təşkilində ittiham olunur.
 
Məhkəmə onun 2 yan xətt hakimi ilə birgə Asiya Futbol Konfederasiyasının Kuboku uğrunda Sinqapurun “Tampins Rovers” və Hindistanın “İst Benqal” komandaları arasındakı görüşün nəticəsinə təsir etdiklərini müəyyənləşdirib. Hər 3 hakim “lazımi” nəticəni təmin etmələrinin əvəzi kimi fahişələrin xidmətindən yararlandıqlarını etiraf edib. Matç “Tampins Rovers”in qələbəsi ilə yekunlaşıb – 4:2.
 
Qeyd edək ki, hakim köməkçiləri 3 aylıq həbsə məruz qalıblar (Lent.az).

Son xəbərlər
topaz banner