AFFA istəmədi, İsveçrə və Makedoniya hərəkətə keçdi

AFFA istəmədi, İsveçrə və Makedoniya hərəkətə keçdi
XƏBƏR 11 İyun 2013 / 18:46 2733
-  A +

İsveçrə və Makedoniya “Qalatasaray”la “Fənərbaxça” arasında Türkiyə Superkuboku uğrunda matçı təşkil etməyə hazır olduqlarını bəyan edib.

Qol.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edilib.
 
TFF dəvəti müsbət qarşılayıb və bunu dəyərləndirəcəyini açıqlayıb. Avqustun 11-nə nəzərdə tutulan matçın harada keçiriləcəyinə dair qərar yaxın günlərdə veriləcək.
 
Qeyd edək ki, TFF daha öncə Superkubok matçının Bakıda keçirilməsi istəyi ilə AFFA-ya müraciət etsə də, mənfi cavab alıb. Səbəb kimi oyuna hazırlıq üçün vaxtın məhdudluğu göstərilib.

Son xəbərlər
topaz banner