"Monako"dan Ronaldoya fantastik təklif

"Monako"dan Ronaldoya fantastik təklif
XƏBƏR 11 İyun 2013 / 17:43 4052
-  A +

Madiridin "Real" klubu ilə müqaviləni yeniləmək üçün illik 20 milyon avro istəyən Kriştiano Ronaldoya "Monako" klubu daha yüksək təklif göndərməyə hazırdır.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, klubun sahibi Dmitri Rubolovlev portuqaliyalı oyunçunun transferi üçün Madrid klubuna 85-100 milyon avroluq təklif hazırlayıb.

Portuqaliyalı hücumçuya isə illik olaraq 23 milyon avro təklif edildiyi bildirilir. Rus iş adamının futbolçunun meneceri Mendes ilə yaxşı münasibətlərinin bu transferə təsir edə biləcəyi iddia edilir.

Qeyd edək ki, "Monako" bu mövsüm R.Falkao, R.Karvalyo, Rodrigers, Moutinyo kimi futbolçuları transfer edib.

Son xəbərlər
topaz banner