Lui Van Qal: "Sneyder əvvəllər belə deyildi"

Lui Van Qal: "Sneyder əvvəllər belə deyildi"
XƏBƏR 11 İyun 2013 / 16:49 2005
-  A +

"Sneyder çox həssasdır. Əvvəllər belə deyildi, daha güclü idi. Yenidən hazır olması üçün Fatih Terimə çox iş düşür".

Qol.Az-məlumatına görə, bu sözləri Hollandiya milli komandasının baş məşqçisi Luis Van Qal futbolçusu Uesli Sneyder haqqında danışarkən deyib.

Təcrübəli mütəxəssis hollandiyalı yarımmüdafiəçinin "Çelsi"yə gedəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Belə məlumatların sadəcə bir iddia olduğunu deyən Qal bunun reallaşacağı təqdirdə Sneyderin üçün daha yaxşı olacağını deyib: "Sneyder "Çelsi"ə oyunlara daha hazır formada ola bilər".

Qeyd edək ki, Sneyder ötən mövsümün qış fasiləsində "İnter"dən "Qalatasaray"a transfer edilmişdi.

Son xəbərlər
topaz banner