Mourinyo: "Runi xoşbəxt olacağı yerə getməlidir"

Mourinyo: "Runi xoşbəxt olacağı yerə getməlidir"
XƏBƏR 11 İyun 2013 / 15:45 2396
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Mançester Yunayted"dən ayrılacağı gözlənilən Ueyn Runi haqqında danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis ingilis hücumçunun xoşbəxt olacağı komandaya getməsinin tərəfdarıdır.

"Runi futbol üçün hələ gəncdir, ancaq çox təcrübəli oyunçudur. Hansı qərarı verəcəyi Runinin öz işidir. Amma məncə, xoşbəxt olacağı yerə getməlidir" - deyə Mourinyo bildirib.
 
Qeyd edək ki, Ser Aleks Fergüssonun "Mançester Yunayted"in baş məşqçi postundan gedişindən sonra Runi də komandadan ayrılmaq istədiyini açıqlamışdı.  

Son xəbərlər
topaz banner