“Real”dan “Barselona”ya keçəcəkmi?

 “Real”dan “Barselona”ya keçəcəkmi?
XƏBƏR 11 İyun 2013 / 12:55 3622
-  A +

"Barselona" əzəli rəqibləri olan Madrid "Real"ının futbolçusunu heyətində görmək istəyir.

Qol.Az-ın İspaniyanın "TV3" kanalına istinadən verdiyi məlumata görə, Kataloniya klubu son mövsüm göstərdiyi oyunla diqqət mərkəzinə düşən Rafael Varanın transferi üçün hazırlıqlara başlayıb.

Fransalı müdafiəçi üçün 30 milyon avroluq təklif hazırlanacağı bildirilir. 20 yaşlı oyunçunun bu təklifə necə cavab verəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, Varan 2011-ci ildə "Lans"dan "Real"a transfer olunub.


Son xəbərlər
topaz banner