"Feyenoord" klubu Feyenoord Futbol Akademiyanın keçmiş, “Qəbələ” Futbol Akademiyasının yeni direktoru Stenli Brardı Azərbaycana, dəqiq desək, Qəbələyə yola salıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, vida məqsədilə təşkil olunmuş xüsusi mərasimdə klubun baş meneceri Erik Qad bildirib ki, hollandiyalı mütəxəssis səkkiz mövsüm "Feyenoord"a xidmət etdikdən sonra karyerasını Qafqaz ölkəsində davam etdirəcək.
Yolasalma mərasimi barədə "Feyenoord"un internet səhifəsində xəbər yerləşdirilib. Məlumatda Qad Brardın akademiyadakı işini yüksək qiymətləndirərək bunları deyir: "Səkkiz il bundan əvvəl Stenli direktor vəzifəsinə yeni təyin olunanda akademiyanın gələcəyi barədə müəyyən şübhələr var idisə, hazırda diqqət yetirsəniz, aşağı yaş qruplarının hansı səviyyədə olduğunu görərsiniz. Bu gün "Feyenoord"da tam cədvəllə təhsil verilir və bu, Niderland futbolunda görünməmiş haldır. Onun futbolun inkişafına dair özünəməxsus baxışları var. O, məşqçilərdən ibarət mütəxəssis komandası yetişdirib.
Yekunda son illər onunla birgə çalışmış əməkdaşlar Brardla xatirə şəkilləri çəkdirib və mütəxəssisə gül dəstələri təqdim ediblər. “Qəbələ” Futbol Akademiyasının yeni direktoru səmimiyyətə görə təşəkkürünü bildirərək kollektivdən ayrılıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”