"Xavi və İniyestanın Mourinyonu niyə sevmədiklərini anlaya bilmirəm"

"Xavi və İniyestanın Mourinyonu niyə sevmədiklərini anlaya bilmirəm"
XƏBƏR 11 İyun 2013 / 10:45 2265
-  A +

"Xavi və İniyestanın Mourinyo haqqında bu cür açıqlama vermələrini və onu niyə sevmədiklərini anlaya bilirəm. Onlarla oynadığımız son beş matçda baxsaq, görərik ki, bu qarşılaşmaların heç birində məğlub olmamışıq. Onların qalib gəlmədikləri təqdirdə bu cür açıqlamalar verməsi düzgün deyil".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Real"ın prezidenti Florentino Peres "Marca TV"yə açıqlamasında deyib.

Klub prezidenti "Tottenhem"in futbolçusu Qaret Beylin transferi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: Bildirib ki, komandaya yeni baş məşqçi təyin olunduqdan sonra bu məsələləri fikirləşəcəklər: "Real" hər zaman ən yaxşısını istəyir. "Tottenhem" bizim çox yaxşı dostlarımızdan biridir. Ancaq biz hazırda ən birinci olaraq yeni baş məşqçimizi müəyyənləşdirməliyik".

 


Son xəbərlər
topaz banner