"Real"da braziliyalı oyunçu

"Real"da braziliyalı oyunçu
XƏBƏR 11 İyun 2013 / 03:16 3632
-  A +

Madridin "Real" klubu Joze Mourinyonun gedişindən sonra yeni transferini həyata keçirib.

Qol.Az-ın məlumatına görə, klub tərəfindən Braziliyanın "San Paulu" klubunun futbolçusu Casemironun transfer edilməsi rəsmən açıqlanıb. Bu transfer "Real"a altı milyon avroya başa gəlib.
 
Qeyd edək ki, braziliyalı oyunçu keçən mövsüm "Madrid klubunun əvəzedici heyətində çıxış edib. Bu komandada 15 oyun keçirən futbolçu Joze Mourinyonun diqqətini çəkib. Mourinyo ona  əsas komandanın heyətində "Betis"lə oyunda 90 dəqiqə oynamağa şans verib.  






Son xəbərlər
topaz banner