"İnter" 13 qolla "Kartalspor"a qalib gəldi

"İnter" 13 qolla "Kartalspor"a qalib gəldi
XƏBƏR 11 İyun 2013 / 00:01 3837
-  A +

Türkiyədə təlim-məşq toplanışı keçirən "İnter" yoxlama görüşünə çıxıb.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Kartalspor" klubuyla üz-üzə gələn Kaxaber Tsxadadzenin komandası bu görüşdə rəqibin qapısına 13 cavabsız top vurub. "İnter"in heyətində    Ramil Mansurov 4, Mirsahib Abbasov isə 3 dəfə fərqləniblər, 2 qola Baçana Tsxadadze və Daniel Genov imza atıblar, digər topları isə rəqibin qapısına Aleksandr İaşvili və Samir Zərgərov keçiriblər.
 
Qeyd edək ki, sabah "İnter" vətənə qayıdacaq.

Qarabağ FK
Son xəbərlər
topaz banner