"Sumqayıt" millimizin üzvü ilə müqavilə imzaladı

"Sumqayıt" millimizin üzvü ilə müqavilə imzaladı
XƏBƏR 10 İyun 2013 / 18:46 2307
-  A +

"Sumqayıt" klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Vurğun Hüseynov və Vüqar Əsgərovun ardından  milli komandamızın qapıçısı Anar Nəzirovu da heyətinə qatıb. 28 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.
Karyerası ərzində "Kəpəz", "Neftçi", "Turan" və "Standard"ın şərəfini qorumuş Anar "Qəbələ"nin heyətində Premyer Liqada 20 qarşılaşmada meydana çıxıb. O, həmçinin 2 dəfə Azərbaycanın A millisinin formasını geyinib.

Son xəbərlər
topaz banner