Bundesliqada ötən mövsümün "ən yaxşılar"ı bəlli oldu

Bundesliqada ötən mövsümün "ən yaxşılar"ı bəlli oldu
XƏBƏR 10 İyun 2013 / 17:25 1912
-  A +

Almaniya Bundesliqasında son mövsümün ən yaxşıları məlum olub.

Qol.Az-ın məlumatına görə, "Kicker"də aparılan sorğuya əsasən ilin ən yaxşı futbolçusu adına "Bavariya"dan Frank Riberi (29.3 faiz) layiq görülüb.
 
Dortmund "Borussiya"sının hücumçususu Robert Levandovski isə səslərin 12.4 faizini toplayaraq ikinci olub. Mövsümün ən yaxşı qapıçısı Münhen təmsilçisindən Manuel Noyer (23.2 faiz), ən yaxşı baş məşqçisi isə "Frayburq"un çalışdırıcısı Kristian Streik (48.7) seçilib.

"Bavariya" klubunun sabiq çalışdırıcısı Yupp Haynkes isə ikinciliklə (23.7) kifayətlənib.

Son xəbərlər
topaz banner