Zidan: "Qaret Beylin transferi üçün rekord pul xərclənəcək"

Zidan: "Qaret Beylin transferi üçün rekord pul xərclənəcək"
XƏBƏR 10 İyun 2013 / 17:10 2719
-  A +

Madrid "Real"ının idman direktoru Zinəddin Zidan "Tottenhem"in futbolçusu Qaret Beylin transferi üçün iddialı bir təklif hazırlayacaqlarını deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Zidan maddi cəhətdən klubun tarixinə keçəcək bir transfer edə biləcəklərini bildirib:

"Bəlkə də bu transferin reallaşması üçün rekord pul xərclənəcək. Bu məbləği isə hazırda verə biləcək 4-5 klub var. Bu tip oyunçunu hər bir klub öz heyətində görmək istəyər".

Qeyd edək ki, Madrid klubu transfer rekordunu 2009-cu ildə Kriştiano Ronaldonun transferi üçün "Mançester Yunayted"ə 80 milyon avroya ödəyərək qırmışdı. Beyl üçün isə 90 milyon avroluq təklif hazırlanacağı iddia edilir.

Son xəbərlər
topaz banner