Luka Modriç "Real"dan ayrılmaq istəmir

Luka Modriç "Real"dan ayrılmaq istəmir
XƏBƏR 10 İyun 2013 / 16:07 2146
-  A +

"Real"ın (Madrid) futbolçusu Luko Modriç "Çelsi"yə transfer olunacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.Az-ın "The Sun"a istinadən verdiyə məlumata görə, yarımmüdafiəçi Madrid klubundan ayrılmaq niyyətinin olmadığını bildirib:

"Bir çox klublardan təkliflər alıram. Hər kəs bir gün "Real"da forma geyinmək istəyər. Düzdür, Mourinyonun getməsindən çox təəssüfləndim. Çünki mən bura gəlməyimdə onun çox böyük rolu alıb. Ancaq mən buradan ayrılmaq istəmirəm".

Qeyd edək ki, 27 yaşlı oyunçu 2012-ci ildə "Tottenhem"dən "Real"a transfer olunub.

Son xəbərlər
topaz banner