Van Persi: "Fergüssonun bu sözləri inana bilmədim"

Van Persi: "Fergüssonun bu sözləri inana bilmədim"
XƏBƏR 10 İyun 2013 / 15:44 2813
-  A +

"Mançester Yunayted"in futbolçusu Robin Van Persi sabiq baş məşqçiləri Aleks Fergüssonun karyerasını başa vuracağını söylədiyi zaman keçirdiyi hisslərdən danışıb.

Qol.Az-ın məlumatına görə, 29 yaşlı oyunçu "The Sun"a müsahibəsində bu qərarı eşitdiyi zaman şoka düşdüyünü deyib:

"Soyunub-geyinmə otağına gəldi və bizə futboldan ayrılacağını söylədi. O zaman nəfəsim kəsildi, çox sarsıldım. Onun bu sözləri söyləməsinə inana bilmədim. Həmin vaxt Fergüsson da, komanda yoldaşlarım da çox təsirləndik".

Qeyd edək ki, 1986-cı ildən "Mançester Yunayted"i çalışdıran Fergüsson ötən mövsümün sonunda komandadan ayrıldı.


Son xəbərlər
topaz banner