Tibo Kurtua "Atletiko"da qalacaq

Tibo Kurtua "Atletiko"da qalacaq
XƏBƏR 10 İyun 2013 / 15:11 2046
-  A +

Son iki mövsüm "Atletiko" klubunda icarə əsasında forma geyən "Çelsi"nin qapıçısı Tibo Kurtua yeni mövsümdə də Madrid klubunda qalacağını deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 21 yaşlı qolkiper bildirib ki, mütəmadi olaraq forma geyə bilmək üçün bu qərarı verib:

"Çelsi"də Peter Çex kimi təcrübəli qolkiper olduğu üçün orada oyunlarda iştirak etmək şansımın az olacağını bilirəm. Ona görə də burada qalmağı seçdim".


Son xəbərlər
topaz banner