Noyer: "Bavariya"dan sonrakı gələcəyimi düşünmürəm"

Noyer: "Bavariya"dan sonrakı gələcəyimi düşünmürəm"
XƏBƏR 10 İyun 2013 / 14:17 1514
-  A +

"Bir mövsümdə üç kuboku qazanan klubda olmaq çox yaxşıdır. Başqa kluba getməməklə çox düzgün qərar vermişəm. "Bavariya"dan sonrakı gələcəyimi düşünmürəm. Heç bir yerdə bu qədər təcrübə keçməmişdim".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bavariya"nın qapıçısı Manuel Noyer "Bild"ə açıqlamasında deyib.

Komandasının çox yüksək səviyyəli oyunçulara sahib olduğunu qeyd edən almaniyalı qolkiper gələcəkdə komandadan ayrılmasını da istisna etməyib: "Burada olduğumu üçün çox xoşbəxtəm. Ancaq gələcəkdə necə olacağını deyə bilmərəm. Futbolda bəzi şeylər çox tez dəyişir. Mən də bir anda yeni hədəflərə nail olmaq üçün başqa kluba gedə bilərəm".

Qeyd edək ki, 27 yaşlı oyunçunun Münhen təmsilçisi ilə 2016-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər
topaz banner