"Qəbələ"dən daha bir çempionluq

"Qəbələ"dən daha bir çempionluq
XƏBƏR 10 İyun 2013 / 01:03 1542
-  A +

Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında uğurlu nəticələr qazanan "Qəbələ" daha bir liqanı çempionluqla tamamlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, U-11, U-17 və U-19 komandaları ilə qızıl medallara yiyələnən "qırmızı-qaralar" U-16 komandası ilə də eyni uğuru təkrarlayıb.
 
Bu gün U-16 Liqasında keçirilən "Rəvan"-
"Qəbələ" matçından sonra komanda 2012-2013 mövsümünün qalibi adını qazanıb. "Qəbələ" qalib adına keçirdiyi 22 oyundan sonra yiyələnib. "Rəvan"la matç Qəbələ təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"yə qələbə qazandıran qollara Roman Hüseynov və Ülvi İskəndərov imza atıb.

Bu nəticədən sonra ehtiyatda 2 oyunun qalmasına baxmayaraq, xallarının sayını 57-yə çatdıran "qırmızı-qaralar" 24 oyundan sonra eyni xalla ikinci pillədə qərarlaşan "Neftçi" üçün əlçatmaz olub. Komandaların arasında keçirilən qarşılaşmalarda aktivinə 4 xal yazan "Qəbələ" çempionluğu təmin edib.

Xatırladaq ki, yekunlaşmayan U-15 Liqasında da "Qəbələ" çempionluq şansını saxlayır.

Son xəbərlər
topaz banner