"Mourinyo ispan klubları arasında nifrət yaradırdı"

"Mourinyo ispan klubları arasında nifrət yaradırdı"
XƏBƏR 9 İyun 2013 / 16:56 3136
-  A +

“Barselona”nın futbolçusu Andres İnyesta gələn mövsümdən “Çelsi”ni çalışdıracaq Joze Mourinyo haqda maraqlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli ispaniyalı oyunçu Mourinyonun “Real”da işlədiyi üç ildə cəmi bir dəfə La liqanı qazanmasını deyərək, onu uğursuz baş məşqçi adlandırıb. “Mourinyonun Kasilyas kimi bir qapıçını ehtiyatda saxlaması çox çirkin hərəkət idi. O, İspaniya klubları arasında nifrət yaradırdı. Məncə, Mourinyo İspaniya futboluna xeyirdən çox zərər gətirdi”.

Son xəbərlər
topaz banner