“Karyeramı vətənimdə davam etdirəcəyim üçün xoşbəxtəm"

“Karyeramı vətənimdə davam etdirəcəyim üçün xoşbəxtəm"
XƏBƏR 9 İyun 2013 / 01:50 2916
-  A +

“Karyeramı vətənim Azərbaycanda davam etdirəcəyim üçün xoşbəxtəm. Mən əslən Sumqayıt şəhərindənəm və burada dünyaya göz açmışam. Doğma şəhərimin komandasında çıxış edəcəyim üçün çox şadam".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın yeni transferi Vüqar Əsgərov deyib.

Son klubu "Metallurq"da yeddi oyunda meydana çıxaraq iki qol vuran futbolçu milli komandaya çağrılmaq istədiyini bildirib: "İnşallah “Sumqayıt”da uğurlu çıxış edib yenidən milli komandaya çağırıla bilərəm. Burada uğur qazanacağıma inanıram”

Son xəbərlər
topaz banner