"Azərbaycan millisi müasir futbol oynayır"

"Azərbaycan millisi müasir futbol oynayır"
XƏBƏR 9 İyun 2013 / 00:15 2544
-  A +

"Azərbaycan yığması ilə səfərdə qarşılaşmaq hər zaman çətindir. Rəqibimiz müasir futbol oynayır".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri 21 yaşlılardan ibarət Makedoniya milli komandasının baş məşqçisi Boban Babuniski DÇ-2014-ün seçmə mərhələsində milli komandamızla oyundan (0:0) sonra deyib.

Baş məşqçi millimizlə oyunun asan olmadığını bildirib: "Bütün oyun ərzində çətin anlar yaşadıq. Xüsusilə, ikinci hissədə azlıqda qaldıqdan sonra işmiz lap çətinləşdi. Bununla belə, təhlükəli vəziyyətlər yaratmağı bacardıq. Hesab edirəm ki, bizim yaratdığımız qol şansları daha real idi".

Son xəbərlər
topaz banner