Nanidən "Qalatasaray" açıqlaması

Nanidən "Qalatasaray" açıqlaması
XƏBƏR 8 İyun 2013 / 19:11 3732
-  A +

Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Luiş Nani gələcək karyerası bağlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, "DÇ-2014"ün seçmə mərhələsində Rusiya ilə oyundan (1:0) sonra "NTV Spor"a danışan yarımmüdafiəçi hazırda komandadan gedib-getməyəcəyi ilə bağlı qərar vermədiyini deyib:

"Bir çox klubun oynadığım futbolu bəyənməsi yaxşı haldır. Ancaq ayırılıb-ayrılmayacağım qarşıdakı günlərdə bəlli olacaq".

"Qalatasaray"a keçəcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirən Nani bildirib ki, İstanbul klubundan hər hansı bir təklif almayıb.

Son xəbərlər
topaz banner