Ronaldo Mourinyonun cavabını verdi

Ronaldo Mourinyonun cavabını verdi
XƏBƏR 8 İyun 2013 / 16:57 3711
-  A +

Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo sabiq baş məşqçisi Joze Mourinyonun onun haqqında söylədiyi tənqidlərə münasibət bildirib.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, Ronaldo həmyerlisinin dediklərinə önəm vermədiyini deyib:

"Məni hazırda düşündürən tək şey milli komandamdır. Ancaq komandamın daha yaxşı pillələrdə olmasını istəyirəm. Bu cür tənqidlər isə hər zaman olacaq".

"Real"la müqaviləsinin yeniləyib-yeniləməyəcəyi barədə də danışan portuqaliyalı futbolçu belə deyib: "Yaxın günlərdə rəhbərliklə razılığa gələrək müqaviləni yeniləyəcəyimi düşünürəm. Burada özümü çox yaxşı hiss edirəm".

Qeyd edək ki, Joze Mourinyo Ronaldonun "ona deyilən tənqidləri qəbul etməyən və hər şeyi bildiyini düşünən futbolçu" olduğunu demişdi.

Son xəbərlər
topaz banner