"Atletik" baş məşqçisi ilə yollarını ayırdı

"Atletik" baş məşqçisi ilə yollarını ayırdı
XƏBƏR 8 İyun 2013 / 15:19 1998
-  A +

İspaniyanın "Atletik" (Bilbao) klubu baş məşqçisi Marselo Bielsa ilə yolları ayırıb.

Qol.Az-ın məlumatına görə, buna argentinalı mütəxəssisin son mövsümdə gözlənilən uğurları əldə edə bilməməsi səbəb olub.

Klubun rəsmi saytından verilən açıqlamada yeni baş məşqçinin hələlik məlum olmadığı bildirib. İspaniya mətbuatı isə "Valensiya"nın sabiq çalışdırıcısı Ernesto Valverdenin klubun yeni baş məşqçisi olacağını yazıb.

Qeyd edək ki, Marselo "Atletik"də ən böyük uğurunu 2011/2012 mövsümündə əldə edib. Beləki argentinalı mütəxəssis bu mövsümdə komandasını həm Avropa Liqasının, həm də Kral Kubokunun finalına çıxardıb.

 


Son xəbərlər
topaz banner