"Bavariya"nın hücumçusu Premyer Liqa yolunda

"Bavariya"nın hücumçusu Premyer Liqa yolunda
XƏBƏR 8 İyun 2013 / 14:26 2585
-  A +

"Bavariya"nın futbolçusu Mario Qomez növbəti mövsümdən karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Tottenhem"in baş məşqçisi Andre Villaş Boaş alman hücumçunun transfer olunmasını istəyir.

Buna görə də klub rəhbərliyi yaxın günlərdə futbolçu üçün Münhen təmsilçisinə 7 milyon funt-sterlinq (8,55 milyon manat) təklif göndərəcək. Qomez üçün isə həftəlik 70 min funt-sterlinq (85,46 milyon manat) ödəniləcəyi bildirilir.

Qeyd edək ki, futbolçunun meneceri Uli Ferber daha öncə hücumçunun komandadan ayrılacağını deyib.

Son xəbərlər
topaz banner