Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünən Rusiya ilə keçirilən oyun haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, Madrid "Real"ının ulduzu bu qələbədən sonra Braziliyaya getmək şanslarının daha da artdığını bildirib:
"Düzünü deyim ki, mən heç vaxt bizim dünya çempionatından kənarda qalacağımız haqda düşünməmişəm. Ancaq real danışsaq, bu, baş verə bilər. Bununla belə, mən hər zaman pozitiv düşünürəm. Əgər biz öz üzərimizdə yaxşı çalışsaq və növbəti oyunlarda da qələbə qazansaq, Braziliyaya qısa yoldan vəsiqə qazanarıq.
Rusiya üzərində qələbədən sonra liderliyi ələ keçirdik və şansımız bir qədər artdı. Dünənki oyuna gəlincə isə matça əla başladıq və erkən qol vurduq. Ancaq düşünürəm ki, Rusiyaya daha çox vura bilərdik. Alınmadı. Bununla belə, əsas 3 xal idi ki, bunu da bacardıq. Artıq qarşıdakı 3 oyun haqda düşünməliyik".
Qeyd edək ki, doğma meydanda Rusiyanı 1:0 hesabı ilə məğlub edən Portuqaliya millisi qrupda liderliyə yüksəlib.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi