Abidal: "Barselona" mənə məntiqli səbəb demədi"

Abidal: "Barselona" mənə məntiqli səbəb demədi"
XƏBƏR 8 İyun 2013 / 13:14 2232
-  A +

"Barselona"nın sabiq futbolçusu Erik Abidal Kataloniya klubunun onunla yolları ayırmasının mənasız olduğunu deyib.

Qol.Az-ın məlumatına görə, "Radio Montecario"ya müsahibəsində oyunçu bu qərara çox əsəbiləşdiyini bildirib:

"Mən "Barsa"da illərimi keçirmişdim və son zamanlar əvvəlki formama qayıdırdım. Hətta iki il öncəkindən də yaxşı idim. Amma onlar mənlə yolları ayırdıqları zaman məntiqli səbəb demədilər. Tək söylədikləri bunun ən düzgün qərar olmasıydı. Bununla, onlar mənim futbol karyerımı bitirəcəyimi düşünürdülər. Ancaq futbola davam edib-etməyəcəyimin qərarını tək mən verə bilərəm".

Qeyd edək ki, Abidal "Barsa" forması ilə 193 matçda forma geyib.

 


Son xəbərlər
topaz banner