"Qalatasaray"dan Sneyder açıqlaması

"Qalatasaray"dan Sneyder açıqlaması
XƏBƏR 8 İyun 2013 / 12:45 3216
-  A +

"Qalatasaray" klubu futbolçusu Uesli Sneyderə "Çelsi"dən təklif gəlməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub prezidenti Ünal Aysal deyib ki, hazırda hollandiyalı oyunçu üçün rəsmi təklif almayıblar:
 
"Bu cür xəbərləri türk və ingilis mətbuatında mən də izləyirəm. Ancaq hazırda rəsmi təklif yoxdur. Əgər "Çelsi" Sneyder üçün 15 milyon avro ödəyərsə, o zaman onu sata bilərəm".

Qeyd edək ki, Sneyder ötən mövsüm qış transfer pəncərəsi dövründə İtaliya "İnter"indən "Qalatasaray"a keçmişdi.   

Son xəbərlər
topaz banner