"Sneyder heç vaxt kapitan olmayacaq və əsas heyətə də salınmayacaq"

"Sneyder heç vaxt kapitan olmayacaq və əsas heyətə də salınmayacaq"
XƏBƏR 8 İyun 2013 / 03:06 4540
-  A +

Hollandiya milli komandasının baş məşqçisi Lui van Qal İndoneziya ilə hazırlıq matçından sonra futbolçusu Uelsi Sneyder haqqında açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis "SBS6"ya açıqlamasında "Qalatasaray"lı yarımmüdafiəçinin oyunlara tam hazır olmadığını deyib.

Bunun üçün də V.Qal sözügedən qarşılaşmada kapitan sarğısını Van Persiye verdiyini bildirib: "Ötən mövsümdə də Sneyder hazır deyildi. Bunu rahatlıqla meydanda görmək olur. Əgər belə davam edərsə, Sneyder heç vaxt kapitan olmayacaq və əsas heyətə də salınmayacaq".

Qeyd edək ki, İndoneziya - Hollandiya matçı 0:3 hesabı ilə ikincilərin xeyrinə başa çatıb. 

Son xəbərlər
topaz banner