"Real" və İspaniya millisində ciddi itki

"Real" və İspaniya millisində ciddi itki
XƏBƏR 8 İyun 2013 / 00:09 2938
-  A +

"Real" (Madrid) klubu və İspaniya milli komandasının futbolçusu Xabi Alonso qasıq nahiyyəsindən əməliyyat olunub.

Qol.Az-ın məlumata görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.

Ancaq "Real" futbolçunun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı açıqlamayıb. İspaniya mətbuatında isə 31 yaşlı oyunçunun 3-4 ay forma geyinə bilməyəcəyi bildirilib.

Qeyd edək ki, Alonso zədəli olduğundan İspaniyanın Konfederasiyalar Kuboku üçün Braziliyaya gedəcək heyətindən çıxardılıb.

Son xəbərlər
topaz banner