Con Toşak Beyllə Neymarı müqayisə etdi

Con Toşak Beyllə Neymarı müqayisə etdi
XƏBƏR 7 İyun 2013 / 17:05 3941
-  A +

"Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak "Tottenhem"in uelsli futbolçusu Qaret Beyllə "Barselona"ın yeni transferi Neymarı müqayisə edib.

Qol.Azın "Sporx.com"a istinadən verdiyi məlumata görə, "Real"ın sabiq çalışdırıcısı həmyerlisinin Neymardan daha yaxşı olduğunu deyib:

"Beyl Neymardan daha yaxşı futbolçudur. Çünki Beyl rəqabət daha çox Premyer Liqada oynayır. İkisindən birinin dəyəri 100 milyon avro edəcəksə, bunu ancaq Beylin transferi üçün vermək olar".

Qeyd edək ki, Madrid klubunun uelsli futbolçu üçün "Tottenhem"ə 85 milyon avroluq təklif hazırladığı iddia edilir.

Son xəbərlər
topaz banner