DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Rusiya millisi bu gün səfərdə Portuqaliya ilə qarşılaşacaq. Qol.Az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, qrup lideri Rusiya millisinin baş məşqçisi Fabio Kapello oyunöncəsi keçirilən mətbuat konfransında bildirib ki, hər iki komanda final mərhələsinə getmək şansını saxlayır.
- Portuqaliyada bu oyunu “ölüm-dirim” matçı adlandırırlar. Bu fikirlə razısınız?
- Yox. Qarşıda hələ oyunlar var. Sabahkı (bugünkü – red.) matç hər iki tərəf üçün ağır olacaq, amma heç kim şansını itirməyəcək.
- Siz dünya çempionatını Kriştiano Ronaldosuz təsəvvür edirsiniz? Və Mourinyonun “Real”dan gedişi haqda fikirləriniz necədir?
- Biz Portuqaliya - Rusiya oyununu müzakirə edirik. Ronaldoya gəlincə, fərdi olaraq onun haqqında yox, Portuqaliya kimi böyük futbol ölkəsinin çempionatda oynaya bilməmək ehtimalından danışmaq lazımdır. Bu komandanın final mərhələsinə düşməməsi, əlbəttə ki, pis olar.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu