"Barselona" Qəbələ"yə təşəkkür etdi

"Barselona" Qəbələ"yə təşəkkür etdi
XƏBƏR 6 İyun 2013 / 14:40 1711
-  A +

II Qəbələ Kubokunun təşkilatçılığına görə "Qəbələ" İdman Klubuna təşəkkür məktubu ünvanlayanların sırasına "Barselona" da qoşulub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, turniri III yerdə tamamlayan İspaniya təmsilçisi turnir müddətində komandaya göstərilən diqqətə görə "Barselona"nın akademiya direktoru Gilyermo Amorun adından "Qəbələ"yə minnətdarlığını bildirib.
 
Məktubda komandanın vətənə texniki heyətin və futbolçuların turnirin keyfiyyəti və yüksək səviyyəli təşkilatçılığı barədə yüksək təəssüratla döndüyü vurğulanıb. Sonda "Qəbələ"yə böyük idman uğurları arzulanıb. 

Son xəbərlər
topaz banner