Bolt: "Balotelli yaxşı futbolçudur, amma yaxşı insan deyil"

 Bolt: "Balotelli yaxşı futbolçudur, amma yaxşı insan deyil"
XƏBƏR 6 İyun 2013 / 14:22 2185
-  A +

"Milan"ın futbolçusu Mario Balotelli ilə dünya yüngül atletika üzrə dünya rekordçusu Useyn Bolt arasında polemika yaranıb.

Qol.Az-ın məlumatına görə, bir yarış üçün Romaya gədən yamaykalı sprinter "TG1" kanalına təşkilatçılıqla yanaşı, İtaliya klubunun futbolçusu Mario Balotelli haqqında da fikirlərini bildirib. Bolt  22 yaşlı oyunçunun çox yaxşı futbolçu olduğunu və heç vaxt penaltiləri qaçırmadığını deyib. Ancaq Balotellini xarakteri haqqında olimpiya çempionu müsbət fikirlər səsləndirməyib: "O, meydana çıxdığı zaman bir az əsəbi olur. Balotelli ilə bir neçə dəfə qarşılaşmışam və onu insan olaraq bəyəndiyimi söyləyə bilmərəm".

Bu açıqlamaların ardından rəsmi tvitter səhifəsindən Balotelli Bolta belə cavab verib: "İnsanları mühakimə etmədən öncə onları tanımaq lazımdır. Mənim haqqımda söylədikləri yaxşı deyil".


Son xəbərlər
topaz banner