"Fənərbaxça"nın sabiq futbolçusu Aleks de Souza keçmiş baş məşqçisi Aykut Kocaman haqqında sərt açıqlamalar verib.
Qol.Az-ın məlumatına görə, "İmpendimento" saytına danışan oyunçu Kocamanın heç bir işə yaramayan məşqçi olduğunu deyib: "O, bizdən yalnız çox qaçmağımızı istəyirdi. Lazımsız hazırlıq proqramları var idi. Mən bu barədə ona fikirlərimi bildirməyə başladım. Çox vaxt dediklərimi qəbul edirdi. Amma daha sonra məndən zəhləsi getdi".
Braziyalı yarımmüdafiəçi İstanbul klubundan oynadığı dönəmdə A.Kocamanla aralarında yaşanan mübahisələr haqda da danışıb: "Bir gün mənə "səninlə çalışmaq istəmirəm" dedi. Mən də ona ən azından mənim barəmdə nə düşündüyünü soruşdum. O, məni oyunlara buraxmaq istəmirdi. Ancaq bunu edə bilməsi asan deyildi. Çünki ondan əvvəlki il bombardir olmuşdum. "Vasluy"la matçdan sonra isə ona məni bitirməyə çalışdığını dedim. O da bunu qəbul etdi və dedi ki, “sənin olmadığın "Fənərbaxça"nı yaratmaq istəyirəm".
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik