Yağış "İnter"in məşqinə mane olmadı

Yağış "İnter"in məşqinə mane olmadı
XƏBƏR 6 İyun 2013 / 01:28 1550
-  A +

Türkiyənin İzmit şəhərində təlim-məşq toplanışında olan Bakının "İnter" klubu hazırlığını davam etdirir.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanışın 3-cü günün ilk məşqinə saat 11:00-da start verilib.

Yağış altında keçən məşq isinmə hərəkətlərdən və  müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17:00-da başlayan məşqdə isə futbolçular topla çalışıblar. Ötürmələr üzərində çalışan futbolçular daha sonra şərti olaraq iki komandaya bölünərək meydanın yarı hissəsində futbol oynayıblar.
 
Qeyd edək ki, hazırlıq planına əsasən "İnter" sabah da iki dəfə məşq edəcək.

Daha çox


Son xəbərlər
topaz banner